az en

Futbol Akademiyası

2009-cu il fevralın 23-də açılış mərasimi keçirilən AFFA-nın «Futbol akademiyası» ən müasir tələblərə cavab verən şəraitə malikdir. Burada eyni vaxtda 48 nəfərdən ibarət komanda məskunlaşa bilər. Akademiyada 12 yataq otağı, müasir texniki avadanlıqlarla təchiz olunmuş konfrans zalı, yüksək sürətli İnternetə qoşulmağa imkan verən kompüterlərlə təchiz olunmuş kompüter otağı, həkim otağı, massaj otağı, fitness zalı, üzgüçülük hovuzu, sauna var. Burada təhsil alacaq uşaqların və təlim-məşq toplanışı keçirəcək yığma komandaların üzvlərinin fiziki hazırlığının yüksəldilməsi üçün fitness zalında ən müasir trenajor alətləri quraşdırılıb.
 
Baş Sponsor 
Proyekt Partnyorları