“MG Motors Azerbaijan”

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “ASIA Motors” MMC “MG Motors Azerbaijan” arasında 16 Avqust 2022-ci il tarixində Baku Marriott Hotel Boulevard-da tərəfdaşlıq müqaviləsi imzalanmışdır.
Müqavilə AFFA-nın baş katibi Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov tərəfindən imzalanmışdır.
Razılaşmaya əsasən, “MG Motors Azerbaijan” 1 il ərzində AFFA və Azərbaycan milli komandalarının tərəfdaşı olacaq.
Baş katib Sərxan Hacıyev və “ASIA Motors” şirkətinin direktoru Elmir Xəlilov tədbirdə çıxış edərək tərəfdaşlıq müqaviləsinin hər iki tərəf üçün faydalı olacağına əminliklərini bildirdilər.
Daha sonra Elmir Xəlilov MG avtomobilləri ilə bağlı təqdimatla çıxış edib.
Tədbirə MG avtomobillərinin nümayişi ilə davam edilmişdir.
 
***
1924-cü ildən Böyük Britaniyada istehsalı başlayan MG bir əsrlik tarixi ərzində dinamik və komfortlu idman avtomobilləri istehsal edərək, özünü ən müsbət tərəfdən təsdiq etmişdir. Hazırda MG Çinin ən nəhəng və məşhur SAIC Motors avtomobil zavodunda istehsal olunaraq dünyanın bir çox ölkəsinə ixrac olunur, eyni zamanda sürətlə genişlənməyə və inkişaf etməyə davam edir. Bu proses 2021-ci ildə daha çox Qərbi və Şərqi Avropada özünü qabarıq şəkildə göstərməyə nail olmuşdur.
 
Praktik və sərfəli yolsuzluq, sedan, hetçbek, SUV və pikaplarını təklif edən MG hazırda genişlənən distribyuter və diler şəbəkəsi ilə Böyük Britaniyada ən sürətlə inkişaf edən avtomobil markasıdır.
 
Londonun Marylebone şəhərində dizayn edilmiş və bir neçə ölkədə ən müasir zavodlarda istehsal olunan bugünkü MG, geniş texnologiya ilə dolu və müasir həyat üçün mükəmməl seçimdir. Burada rahatlıq və təhlükəsizlik üçün 360 dərəcə kamera sistemi, MG parklanma assistenti texnologiyasının ön və arxa park radarları, innovativ təhlükəsizlik sistemlərindən olan zolağa nəzarət, aktiv kruiz idarəçilik sistemi, piyadaya nəzarət, yol nişanlarının oxunması, WLAN və sonuncu nəsil blutuz qoşulma və avtomatik ön fənərləri kimi təchizat toplusu avtomobili çox rahat və arxayın idarə etmək üçün zəmin yaradır.
 
ASIA Motorsun əsas məqsədi MG-ni dünya şöhrətli edən dəyərlərini inkişaf etdirmək, insanların böyük marağını cəlb edən bu Britaniya əsilli avtomobilləri sərfəli qiymətlərlə və şərtlərlə təklif etməkdir.
 
MG hər zaman yenilikçi, hər zaman kreativ və hər zaman əyləncəli olub və olacaqdır!