Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb. O, UEFA Gənclər Liqasının I turu çərçivəsində keçiriləcək “Borusiya” (Dortmund, Almaniya) – “Villarreal” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Cəmil Quliyev və Asiman Əzizli kömək edəcəklər.
Görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.