İnfrastruktur
Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində görülən işlər arasında futbol infrastrukturunun təkmilləşdirilməsi və genişləndirilməsi prioritet məsələlərdən biridir. Bu mənada 2007-ci ildə AFFA-nın inzibatı binası, 2009-cu ildə isə AFFA “Futbol Akademiyası” istifadəyə verilmişdir. Stadionların inkişafı baxımından 2011-2012-ci illər xüsusi ilə effektiv hesab oluna bilər. 17 yaşadək qadınlardan ibarət dünya çempionatı ərəfəsində 4 yeni stadion; Dalğa Arena, Bakcell Arena, Bayıl Arena və Binə stadionu istifadəyə verilmişdir.
AFFA-nın Futbol Mərkəzində milli komandalar üçün təlim-məşq bazasının tikintisi yekunlaşıb. UEFA-nın maliyyə dəstəyi ilə tikilən baza 2015-ci ildə istifadəyə verilib.