az en
Bizim prioritetlər / İnfrastruktur / Milli komandaların Məşq Mərkəzi

Milli komandaların Məşq Mərkəzi

UEFA-nın maliyyə dəstəyi ilə inşa olunan milli komandaların məşq mərkəzi 2015-ci ilin sentyabr ayında istifadəyə verilib. Təbii örtüklü məşq meydançası da daxil olmaqla Mərkəzdə millilərimizin səmərəli toplanış keçməsi üçün hər cür şərait yaradılıb. Mərkəz 3 mərtəbədən və 72 nəfəri qəbul edə bilən 32 geniş otaqdan ibarətdir. Yataq otaqları yüksək sürətli internet, elektron seyf və televiziya xidmətləri ilə təmin olunmuşdur.  Burada fitnes zalı, 50 nəfərlik iclas otağı, 25 nəfərlik dərs otağı və 72 nəfərlik restoran var. Həmçinin 2 çamaşırxana, 2 paltardəyişmə otağı, bərpa hovuzları, qonaq otağı, açıq havada basketbol meydançası və xüsusi əyləncə zonası yaradılıb. Mərkəzin futbol infrastrukturuna FİFA standartlarına cavab verən Dalğa Arena, Çimərlik stadionu, 1 süni və 2 yeni inşa olunmuş təbii məşq meydançası da daxildir.
 
 
 
 
 
 
 
 
 
 
 
Baş Sponsor 
Partnyorlar