az en
Xəbərlər
Regionlarda çalışan məşqçilər D kateqoriyalı kurslarda iştirak edirlər 24.11.2026
AFFA-nın dəstəyi ilə Bakı Futbol Federasiyası (BFF) tərəfindən təşkil olunan 5-ci D kateqoriyalı məşqçi kursuna start verilib.
Kursda paytaxtla yanaşı, Qarabağ, Mərkəz, Cənub, Şimal və Şimal-Qərb Regional Futbol Federasiyalarını təmsil edən 18 məşqçi iştirak edir.
Tədris prosesi AFFA-nın Məşqçilərin maarifləndirilməsi şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti altında təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.
Üç gün davam edəcək kurs çərçivəsində iştirakçılara məşqçilik fəaliyyətinin əsasları üzrə nəzəri və praktiki biliklər veriləcək. Tədris proqramını uğurla başa vuran iştirakçılara kursun sonunda AFFA-nın D kateqoriyalı məşqçi lisenziyaları təqdim olunacaq.
APL Fantasy-də 12-ci turun qalibi müəyyənləşib 24.11.2026
APL Fantasy-də Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün 12-ci turun qalibi müəyyənləşib. Turun qalibi 72 xal toplayan Samir Quliyev olub.
Samir Quliyev əldə etdiyi nəticəyə görə AFFA və APL Fantasy-nin tərəfdaşı “Euroacs” şirkəti tərəfindən hədiyyələr ilə mükafatlandırılacaq.
“Yaşıl Top” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçirilib 24.11.2026
“Yaşıl Top” sosial layihəsi çərçivəsində növbəti maarifləndirici görüş Bakı şəhəri Novruzov qardaşları adına 36 nömrəli tam orta məktəbdə təşkil olunub.
Baş Sponsor