01.07.2026-cı il tarixindən etibarən AFFA-nın təşkil etdiyi AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11, AFFA U-12, AFFA U-13, AFFA U-14, AFFA U-15, AFFA U-16, AFFA U-17 və AFFA Gənclər Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat mərhələsinə start verilib.
İyulun 1-dən 30-dək AFFA-nın təşkil etdiyi U-12, U-14 və U-16 Qızlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən komandaların qeydiyyat üçün müraciətləri qəbul olunacaq. Liqalarda iştirak etmək istəyən komandalar qeydiyyatdan keçmək üçün AFFA-nın Qadın Futbolu Departamentinin [email protected] elektron poçt ünvanına mürəciət edə bilərlər.
AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə liqalarda 2026/2027-ci illər mövsümündə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib. Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov da iştirak edib.