az en
Əsasnamə Təqvim Cədvəl
2023/2024-cü illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 14 yaşadək (U-14) oğlan oyunçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının
                                                                                             Əsasnaməsi
 
                                                                                        1.Əsas müddəalar
1.1 Bu qaydalar liqada iştirak edən komandaların və təşkilinə cəlb olunmuş digər üzvlərin hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir.
                                                                                  2.Məqsəd və vəzifələr
2.1 AFFA U-14 Liqası aşağıdakı məqsədlər üçün keçirilir:
• Oğlanlar arasında futbolun təbliği və kütləviliyi;
• Oğlan oyunçuların ustalığının yüksəldilməsi;
• Oğlan oyunçuların klublarda hazırlanması və milli komandalara cəlb olunması;
• Komandaların mövsümün yekununda tutduğu yerin müəyyən edilməsi;
                                                                               3.İştirakçıların müəyyən olunması
3.1 AFFA U-14 Liqasında klublara və komandalara iştirak hüququnu AFFA verir.
3.2 AFFA U-14 Liqasında cari mövsümdə Misli Premyer Liqasında iştirak edən klubların müvafiq yaş qruplarının iştirakı mütləqdir.
3.3 AFFA U-14 Liqasında bir klub bir ad altında, bir komanda ilə təmsil oluna bilər.
                                                                             4.İştirakçı komandanın öhdəlikləri
4.1 İştirakçı klub və ya komandalar bu Əsasnamənin bütün bəndlərinə riayət etməlidirlər.
4.2 İştirakçı klub və ya komandalar FİFA tərəfindən tərtib olunmuş Fair Play prinsiplərinə riayət etməlidirlər.
4.3 Klublar və komandalar onları təmsil edən hər hansı bir şəxsin (oyunçular, rəsmi şəxslər, azarkeşlər və valideynlər s.) davranışına görə məsuliyyət daşıyırlar.
4.4 AFFA U-14 Liqasında iştirak edən komandalar ölkə xaricinə təlim-məşq toplanışına və ya beynəlxalq turnirlərə gedərsə və bu səfər Liqa təqvimi ilə üst-üstə düşərsə, klub 20 gün əvvəl  AFFA-ya yazılı məlumat verməlidir. Klubun təlim-məşq toplanışı ilə AFFA U-14 Liqasının təqvim oyunları üst-üstə düşdüyü halda, oyunların təxirə salınıb-salınmaması ilə bağlı son qərarı AFFA verir.
4.5 İştirakçı klub və komandalar oyunçuların lizensiyalarını rəngli formatda çap edib özləri ilə oyuna gətirməlidir.
                                                                               5.Transfer, icarə və sifariş məsələləri
5.1 Hər bir oyunçu eyni zamanda yalnız bir klubda qeydiyyatda ola bilər.
5.2 Cari il ərzində heç bir komandada sifariş edilməyən oyunçu istənilən zaman komandaya cəlb oluna bilər. 05.01.2024-cü il tarixindən – 31.01.2024-cü il tarixinədək qış transfer pəncərəsi açıq elan edilir.
5.3 Transfer pəncərəsi başa çatdıqdan sonra oyun protokulunda adı qeyd edilməyən oyunçu  digər komandaya cəlb oluna bilər.
5.4 Futbolçuların statusu və transferi ilə əlaqədar yaranan mübahisələrə AFFA Oyunçuların Statusu və Transferi Komitəsində baxılır.
5.5 Bütün təqdim olunan sənədlərə görə klub və baş məşqçi məsuliyyət daşıyır.
                                                                                6.Oyun forması ilə bağlı qaydalar:
6.1 Qarşılaşan komandaların forma rəngləri eyni olduqda, protokolda nominal qonaq qismində qeyd olunmuş komanda AFFA tərəfindən təqdim olunmuş oyun gödəkçələrini geyinir.
6.2 Oyunçunun oyun formasının kürəyində nömrəsi olmalıdır. Nömrə formadan tam seçilməlidir. Futbol corablarının altında qoruyucular (şitki) olmalıdır.
Qeyd: Futbolçunun oyun formasının kürəyində nömrəsi olmadığı təqdirdə komanda və ya klub ilk halda nəzərdə tutulan yol xərcinin 50% miqdarında cəzalandırılır. Bu hal təkrarlanacağı təqdirdə pul cəzası 100% miqdarına çatdırılır.
6.3 İştirakçı klub və ya komanda sponsorun loqosunu futbol maykasının üzərində əks etdirmək istədikdə bu haqda öncədən UGYTŞ-yə məlumat verməlidir.
                                                                        7.Klublar və ya komandalar üçün qeydiyyat qaydaları
7.1 AFFA-nın rəsmi internet səhifəsində (www.affa.az) ”Futbola Qoşul” onlayn qeydiyyat sistemində oyunçu və digər iştirakçıların qeydiyyat qaydaları təqdim edilib.
7.2 Qeydiyyat qaydalarında tələb olunan sənədlərə bilərəkdən həqiqi olmayan məlumatı vermək məqsədilə edilən dəyişikliklər sənəd saxtalaşdırılması kimi qəbul edilir.
Qeyd: Saxtakarlıq edən klub və ya komanda həmin tur üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında AFFA nümayəndəsi tərəfindən cəzalandırılır.
7.3 Yuxarıda göstərilən hallar aşkarlanarsa, bu cəzalar İntizam Komitəsi tərəfindən tətbiq oluna bilər:
a) Oyunçunun iştirak etdiyi bütün oyunların nəticələrinin ləğvi (texniki məğlubiyyət);
b) Oyunçunun lisenziyasının ləğvi;
c) Məşqçinin yarışda iştirak etmək üçün verilən lisenziyasının 12 aylıq ləğvi ;
d) Məşqçinin məşqçilik lisenziyasının (Pro, A, B, C) ləğvi;
e) Kluba və ya təmsil etdiyi quruma xəbərdarlıq məktubunun göndərilməsi;
f) Məşqçinin futbolla bağlı fəaliyyətdən 12 aylıq uzaqlaşdırılması və s.
                                                                               8.Yarışın keçirilmə sistemi
8.1 Yarışlar 3 (üç) - seçmə mərhələ və final mərhələsindən ibarətdir.
I seçmə mərhələ
I seçmə mərhələdəki oyunlar regionlardakı komandaların sayına əsasən pley-off və ya dairəvi sistemlə keçiriləcəkdir. Qaliblər II seçmə mərhələdə iştirak edəcəklər.
Abşeron zonasında I seçmə mərhələdə 9 komanda I dövrədən ibarət dairəvi sistemlə,
Sumqayıt zonasında I seçmə mərhələdə 6 komanda I dövrədən ibarət dairəvi sistemlə,
Cəlilabad zonasında I seçmə mərhələdə 4 komanda I dövrədən ibarət dairəvi sistemlə,
Ağsu zonasında I seçmə mərhələdə 4 komanda I dövrədən ibarət dairəvi sistemlə,
Tovuz zonasında I seçmə mərhələdə 4 komanda I dövrədən ibarət dairəvi sistemlə,
Göygöl zonasında I seçmə mərhələdə 5 komanda I dövrədən ibarət dairəvi sistemlə qarşılaşacaqlar.
Digər zonalardakı komandalar pley-off sistemilə qarşılaşacaqlar (Siyəzən, Lənkəran, Saatlı, Ağcabədi, Zaqatala, Mingəçevir, Qəbələ).
Naxçıvan şəhərində keçirilən oyunlar I seçmə mərhələdən, 6 komandadan və iki dövrədən ibarətdir. Oyunlar dairəvi sistemlə keçiriləcək. Qalib final mərhələdə iştirak edəcək.
Bakı şəhərində keçirilən oyunlar I seçmə mərhələdən ibarətdir. I seçmə mərhələ 13 komandanın iştirakı ilə 2 (iki) dövrədən ibarət olacaq. Bakı şəhərindən final mərhələsində 6 komanda iştirak edəcək.
II seçmə mərhələ
I seçmə mərhələnin qalibləri, II seçmə mərhələyə vəsiqə qazanacaqlar:
• Sumqayıt və Siyəzən zonalarında keçiriləcək I seçmə mərhələdə müvafiq olaraq ilk 4 (dörd) və 2 (iki) yerin sahibləri, II seçmə mərhələdə 5 komanda iki dövrədən ibarət dairəvi sistemlə qarşılaşır. Abşeron zonasında II seçmə mərhələdə  6 komanda bir dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Zaqatala və Qəbələ zonalarında keçiriləcək I seçmə mərhələdə müvafiq olaraq ilk 2 (iki) yerin sahibləri, II seçmə mərhələdə 4 komanda dörd dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Tovuz və Göygöl zonalarında keçiriləcək I seçmə mərhələdə ilk 3 (üç) pillədə başa vuran komandalar, II seçmə mərhələdə 6 komanda iki dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Ağcabədi və Mingəçevir zonalarında keçiriləcək I seçmə mərhələdə müvafiq olaraq ilk 2 (iki) və 3 (üç) yerin sahibləri, II seçmə mərhələdə 5 komanda iki dövrədən ibarət dairəvi sistemlə qarşılaşır. 
• Saatlı və Ağsu zonalarında keçiriləcək I seçmə mərhələdə ilk 2 (iki) yerin sahibləri, II seçmə mərhələdə 4 komanda üç dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
• Cəlilabad və Lənkəran zonalarında keçiriləcək I seçmə mərhələdə müvafiq olaraq 3 (üç) və 1 (bir)  yerin sahibləri, II seçmə mərhələdə 4 komanda dörd dövrədən ibarət dairəvi sistemlə qarşılaşır.
III seçmə mərhələ
II seçmə mərhələnin qalibləri, III seçmə mərhələyə vəsiqə qazanacaqlar:
• Sumqayıt və Siyəzən zonalarında II seçmə mərhələni ilk 3 (üç) pillədə başa vuran komandalar III seçmə mərhələdə Abşeron zonasının ilk 4 (dörd) pillədə başa vuran komandaları ilə birləşib 1 (bir) dövrədən ibarət dairəvi sistemlə qarşılaşır. Final mərhələsində ilk 3 (üç) yerin sahibi iştirak edəcək.
• Zaqatala-Qəbələ, Ağcabədi-Mingəçevir və Göygöl-Tovuz zonalarında II seçmə mərhələni ilk 2 (iki) pillədə başa vuran komandalar III seçmə mərhələdə birləşib 1 (bir) dövrədən ibarət dairəvi sistemlə qarşılaşır. Final mərhələsində ilk 3 (üç) yerin sahibi iştirak edəcək.
• Saatlı və Ağsu zonalarında II seçmə mərhələni ilk 3 (üç) pillədə başa vuran komandalar III seçmə mərhələdə Cəlilabad və Lənkəran zonasının ilk 3 (üç) pillədə başa vuran komandaları ilə birləşib 1 (bir) dövrədən ibarət dairəvi sistemlə qarşılaşır. Final mərhələsində ilk 3 (üç) yerin sahibi iştirak edəcək.
                                                                                        Final mərhələ
Final mərhələsində 16 komanda olimpiya sistemi ilə qarşılaşır. Final mərhələsi 1/8, 1/4, 1/2, III yer uğurunda və final oyunundan ibarətdir. 1/2 final mərhələdə məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır. Final mərhələsinin 1/8 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur.
Final mərhələsində oyunlar pley-off sistemi ilə keçirilir (ev, səfər). Hər iki oyunun nəticələrinə görə vurulan və buraxılan toplar əsas vaxtda eyni sayda olarsa, o zaman hər hissəsi 13 dəqiqədən ibarət əlavə iki hissə oynanılır. Əgər oyunun əlavə hissələrində oyunun əsas hissəsinin nəticəsi dəyişməzsə, qalib penalti zərbələri ilə müyyənləşir (Hər komanda ilkin olaraq 5 zərbə vurmaq hüququna malikdir. Əgər 5 zərbədən sonra qalib müəyyənləşməzsə, penalti zərbələri qalib müəyyənləşənə qədər davam etdirilir).
Birbaşa final mərhələsinə vəsiqə qazanan komandalar:
Aşağıdakı cədvəldə birbaşa final mərhələsinə vəsiqə qazanan komandaların sayı göstərilib.
8.2 Bölgələr üzrə final mərhələsinə aşağıda göstərilmiş qaydaya uyğun olaraq 16 komanda vəsiqə qazanır.
8.3 AFFA U-14 Liqasında hər bölgə üzrə iştirak edəcək komandaların sayı, oyunların təşkili üçün seçilmiş mərkəz şəhərlər və oyunların keçirilmə sistemi aşağıda göstərilir:
 
Regional Futbol Federasiyası  Keçirilmə    yeri I seçmə mərhələ II seçmə mərhələ III seçmə mərhələ Birbaşa final mərhələsinə çıxan komandalar Final mərhələsinə çıxan komandalar
Mərkəz RFF Saatlı 3 4 6 - 3
Ağsu 4
Cənub RFF Lənəkəran 1 4
Cəlilabad 4
Şimal RFF Sumqayıt 6 5 7 - 3
Siyəzən 3
Abşeron 9 6
Şimal-Qərb və Qarabağ RFF Ağcabədi 2 5 6 - 3
Mingəçevir 3
Qəbələ 2 4
Zaqatala 3
Qərb RFF Tovuz 4 6
Gəncə 5
Naxçıvan RFF Naxçıvan 6 - - - 1
Bakı FF Bakı 13 - - - 6
 
8.4 Təqvimlər UGYTŞ tərəfindən tərtib olunur.
8.5 II və III seçmə mərhələnin qaliblərinin müəyyən olunması:
a) Komandaların turnir cədvəlində tutduğu yerlər toplanmış xallara görə müəyyən olunur
b) Qələbəyə görə 3 (üç) xal, heç-heçəyə görə 1 (bir) xal verilir. Məğlubiyyətə görə isə xal verilmir
c) Komandaların xalları bərabər olarsa, turnir cədvəlindəki sıralama aşağıdakı göstəricilərə görə müəyyən olunur:
• Komandaların öz aralarında keçirdikləri oyunların nəticələrinə əsasən;
• Komandaların öz aralarında keçirdikləri oyunlarda vurulmuş və buraxılmış qolların sayına əsasən;
• Bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqinə görə;
• Bütün oyunlarda vurulmuş qolların sayına əsasən;
• Komandaların qələbə saylarına əsasən;
• Ən az qırmızı və sarı vərəqələrə görə toplamış xalların fərqinə əsasən (sarı vərəqə 1 xal, qırmızı vərəqə 3 xal);
• Bütün göstəricilər eyni olarsa, yenidən komandalar arasında bir oyun keçirilir və nəticəyə əsasən turnir cədvəlində yer müəyyən edilir.
                                                                                             9.Meydan
9.1 Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydanlarda keçirilir.
9.2 Meydanda standartlara uyğun iki qapı olmalıdır.
                                                                                        10.Oyunun təşkili
10.1 AFFA U-14 Liqasının oyunları həftənin şənbə və ya bazar günləri keçirilir. İstisna hal kimi digər günlər UGYTŞ tərəfindən təyin oluna bilər.
10.2 UGYTŞ hər turdan öncə oyunların vaxtı ilə əlaqədar regional nümayəndəliyə və yaxud komandanın əlaqələndirici şəxsinə məlumat verir.
10.3 Oyunun başlamasına 75 dəqiqə qalmış oyunun protokoluna nömrələri göstərilməklə oyunçuların adları, soyadları yazmalı və baş hakimin elektron poçt adresinə göndərilməlidir. Komandalar oyunun başlamasına ən azı 30 dəqiqə qalmış oyun keçirilən meydana gəlməlidirlər və oyundan öncə oyunçuların lisenziyaları baş hakimə təqdim etməlidir. Oyundan əvvəl lisenziyalar oyunun  hakiminə təqdim edilmədiyi halda hakim oyunu başlamamalıdır. Təqvimə uyğun olaraq adı birinci yerdə dayanan komanda ev sahibi hesab edilir.
10.4 Oyun başlayan vaxta klub və ya komanda meydançada olmazsa aldığı yol xərcinin 50% miqdarında cəzalandırılır. Təyin olunan vaxtdan sonrakı 20 dəqiqə ərzində komanda meydançada olmadığı təqdirdə pul cəzası 100%-ə çatdırılır və oyunun protokolu bağlanılır.
10.5 AFFA U-14 Liqasında əvvəlcədən AFFA tərəfindən müəyyənləşdirilmiş komandaların nəqliyyat xərcləri AFFA tərəfindən təmin olunur (Bakı zonasında çıxış edən komandalar və peşəkar futbol komandaları nəqliyyat xərci ilə təmin olunmur).
10.6. AFFA yalnız müstəqil futbol məktəblərinin nəqliyyat xərclərini qarşılayır.
10.7 AFFA U-14 Liqasında mərkəzləşdirilmiş yerlərdə keçirilən oyunların stadionunun icarə haqqı AFFA tərəfindən ödənilir.
10.8 Yalnız komanda tərkibində qeydiyyatdan keçirilmiş lisenziyası olan nümayəndələr (baş məşqçi, köməkçi məşqçilər, həkim, komanda administratoru və b.) və 11 oyunçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
10.9 Təcili Tibbi Yardım və ya həkim briqadası oyundan əvvəl meydançanın ərazisində olmalıdır. (Təcili Tibbi Yardım və ya həkim briqadası olmadan baş hakim oyunu başlaya bilməz).
                                                                                      
                                                                                          11.Oyun qaydaları
11.1 Bütün oyunlar FİFA oyun qaydalarına əsasən keçirilir.
11.2 Liqada yaşı 14-dək olan oyunçular iştirak edə bilər (təvəllüdü 01.01.2010-cu ildən başlayanlar və maksimum iki il aşağı təvəllüdlü). 
11.3 2023/2024-cü illər mövsümündə AFFA tərəfindən keçirilən bütün liqalarda eyni klubun tərkibində sifariş olunmuş oyunçu mövcud lisenziyanı təqdim etdikdə, digər liqalarda yaş həddini keçməmək şərti ilə oynaya bilər.
11.4 Oyunçunun müəyyən liqada aldığı cəza digər liqaya şamil olunmur. 
11.5 Oyunlar iki hissədən ibarətdir. Hər hissə 40 dəqiqə, hissələrarası fasilə isə 10 dəqiqədir.
11.6 Oyunlarda əvəzetmə oyunun protokolunda adları göstərilmiş futbolçularla həyata keçirilir. Əvvəlcə protokolu meydan sahibi olan komanda doldurur. Oyunun protokoluna 22 oyunçunun (11 əsas, 11 ehtiyat) adı və soyadı yazılır.
11.7 Yalnız  6 rəsmi şəxs və 11 oyunçunun ehtiyat skamyalarında əyləşməsinə icazə verilir.
11.8 Meydanda tütün məmulatlarından və elektron siqaretdən istifadə etmək qadağandır.
                                                                                  12.Oyun zamanı oyunçuların əvəzlənməsi
12.1 Oyun ərzində hər komanda 7 əvəzetmədən istifadə edə bilər. 
12.2 Meydana daxil olmağa hazırlaşan oyunçu yan hakimə lisenziya ilə yaxınlaşmalıdır.
12.3 Oyun ərzində ehtiyat oyunçular isinmə hərəkətlərini etmək üçün texniki zonanı tərk edə bilər. 
12.4 Oyunun baş hakimi oyundan öncə isinmə hərəkətləri üçün təyin olunmuş yerləri komandalara göstərir. İsinmə hərəkətlərini 7 oyunçu eyni anda edə bilər.
                                                                                              13.Oyunun protokolu
13.1 Komandalar oyundan ən azı 75 dəqiqə öncə elektron protokolu oyunun baş hakiminin elektron poçt ünvanına göndərməlidir.
13.2 Protokolda  oyunçunun  adı, soyadı, təvəllüdü və formasında əks olunmuş nömrəsi göstərilməlidir. Həmçinin oyun zamanı ehtiyat skamyada oturan rəsmi şəxslərin adı, soyadı və vəzifəsi yazılmalıdır. Oyun protokolu hər iki komandanın rəsmi şəxsləri tərəfindən imzalanmalıdır.
13.3 İlk 11-lik kimi protokolda göstərilən oyunçular oyuna başlayır. Digər 11 oyunçu ehtiyat skamyasında əyləşir. Oyunçuların futbol formalarında göstərilən nömrələr, protokoldakı nömrələrlə uyğun gəlməlidir.
13.4 Komandalar oyundan ən azı 15 dəqiqə öncə protokolu baş hakimə təqdim etməlidirlər.
13.5 Oyundan əvvəl lisenziyalar  hakimlərə təqdim edilmədiyi halda baş hakim oyunu başlamamalıdır.
13.6 Hakimlər briqadası oyundan öncə protokolda göstərilən bütün şəxslərin lisenziyasını yoxlayır. 13.7 Yarışda iştirak edən komandanın hər bir üzvü AFFA tərəfindən tərtib olunmuş lisenziyaya malik olmalıdır. Lisenziya da aşağıdakılar əks olunur:
• Lisenziyanın nömrəsi;
• Komandanın adı;
• Şəxsin adı, soyadı,atasının adı;
• Fotoşəkil;
• Təvəllüdü;
13.8 Əgər oyunun protokolu tələb olunan vaxtda hakimlərə təqdim olunmazsa bu məsələyə AFFA-nın İntizam Komitəsi tərəfindən baxılacaqdır.
13.9 Yalnız ehtiyat oyunçu kimi göstərilən 11 nəfərdən yeddisi oyun zamanı meydana daxil ola bilər. Oyun zamanı əvəzlənmiş oyunçu meydana bir daha qayıda bilməz.
13.10 Oyunun baş tutması üçün komandalar meydanda tam heyətlə olmalıdırlar. Əks halda oyun baş tutmamış sayılır, komanda üçün nəzərdə tutulan yol xərcinin 100% miqdarında cəzalandırılır  və oyunun protokolu bağlanılır.
                                                                               14.Oyun protokolunda oyunçu adlarının yer dəyişməsi
14.1 Hər iki komanda tərəfindən elektron variantda  oyun protokolu hakimə təqdim olunduqdan sonra oyunçuların adlarının protokolda dəyişilməsi qadağandır. İstisna hallar aşağıdakılardır:
• Əgər ilk 11-likdə göstərilən hər hansı oyunçunun oyundan öncə fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman 11 ehtiyat oyunçudan biri ilk 11-liyə daxil oluna bilər. Bu halda oyun ərzində komandanın 7 əvəzetmə ehtiyatı öncədən göstərildiyi kimi qüvvədə qalır.
• Əgər oyun protokolunda göstərilən 11 ehtiyat oyunçudan hər hansı birinin fiziki durumu ilə bağlı problem aşkarlanarsa, o zaman protokolda göstərilməyən, lakin lisenziyası olan digər bir oyunçu ilə əvəzlənə bilər.

                                                                               15.Oyunlarda iştirakdan imtina və oyunların dayandırılması
15.1 Əgər komanda oyunda iştirak etməkdən imtina edərsə AFFA-nın İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət verilir.
15.2 Komanda 3 dəfə oyuna çıxmaqdan imtina edərsə turnirdən kənarlaşdırılır.
15.3 Liqadan hər hansı bir səbəbə görə kənarlaşdırılan komanda növbəti mövsüm liqaya buraxılmaya bilər.
15.4 Əgər oyun başladıqdan sonra hər hansı bir səbəbə görə dayandırılarsa, UGYTŞ klublar və ya komandalarla razılaşdırdıqdan sonra oyunu başqa tarixə keçirə bilər.Oyun dayandırıldığı vaxtdan və həmin ana qədər olan nəticə ilə davam etdiriləcəkdir.
                                                                               16.Hakimlik və İnspeksiya
16.1 AFFA U-14 Liqasının oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi AFFA U-14 Liqasının oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi).
16.2 Hakimlər briqadası oyunun başlanmasından 60 dəqiqə öncə gəlib, meydançanın oyuna hazırlıq vəziyyətini yoxlamalıdırlar.
16.3 Protokollar oyundan sonra 12 saat ərzində UGYTŞ-yə təqdim olunmalıdır.
16.4 Baş hakim oyunun protokoluna adı daxil edilmiş oyunçuların sənədlərini mütləq yoxlamalıdır. Oyuna sifariş edilmiş oyunçuların və iştirakçıların lisenziyaları zərurət olduqda oyunun sonunadək baş hakimdə qala bilər.
16.5 Komandalar tərəfindən hakimlərin dəyişdirilməsi ilə əlaqədar xahiş qəbul olunmur.

                                                                                      17.AFFA intizam qərarları
17.1 Bütün qırmızı vərəqələrə İntizam Komitəsi tərəfindən baxılır. Oyunçular İntizam Komitəsinin qərarları əsasında cəzalandırılır. Oyun zamanı və oyundan sonra baş verən insidentlərlə bağlı bütün qərarları İntizam Komitəsi qəbul edir.
18.Sarı və qırmızı vərəqələr
18.1 Sarı və qırmızı vərəqələrə görə məsuliyyəti komanda və ya klub daşıyır.
18.2 Qırmızı vərəqə alan oyunçu İntizam Komitəsinin çıxaracağı qərara uyğun olaraq, komandanın keçirəcəyi müəyyən olunmuş sayda növbəti oyunu (oyunları) buraxır.
18.3 Cari mövsüm ərzində mərhələdən asılı olmayaraq, dörd sarı vərəqə alan oyunçu növbəti turu buraxmalıdır.
18.4 Sarı vərəqələr mərhələdən asılı olmayaraq öz qüvvəsində qalır.
18.5 Liqanın hər hansı mərhələsində alınmış qırmızı vərəqələr öz qüvvəsində qalır.
18.6 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki məğlubiyyət alan komandanın həmin oyunu buraxmalı olan oyunçuların cəzaları qüvvədə qalır.
18.7 Baş tutmayan oyundan sonra İntizam Komitəsi tərəfindən texniki qələbə alan komandanın həmin oyunu buraxmalı olan oyunçuları cəza çəkmiş hesab olunur.
18.8 Oyunçu qırmızı vərəqə alıbsa və İntizam Komitəsi növbəti oyuna qədər bu barədə qərar çıxarmayıbsa, həmin oyunçu qərar çıxana qədər oyunları buraxmalıdır.
18.9 Sarı və qırmızı vərəqələrə görə öhdəlik klubun üzərinə düşür (turu buraxmalı olan oyunçu oyunda iştirak edərsə məsuliyyəti komanda daşıyır).
                                                                                             19.Protestlər
19.1 Protest verən baş məşqçi oyundan dərhal sonra bu barədə baş hakimi xəbərdar etməlidir. Protestin verilməsi oyunun protokolunda öz əksini tapmalıdır. Oyunun gedişində ciddi münaqişələr baş verərsə, oyunun baş hakimi, yan xətt hakimləri AFFA-nın UGYTŞ-yə öz izahatlarını göndərməlidirlər. Protest komandanın baş məşqçisi tərəfindən imzalanmalı, 24 saat ərzində AFFA-nın UGYTŞ-yə çatdırılmalıdır.
19.2 Protestlərə aşağıdakı hallarda baxılmır:
• 11 metrlik cərimə zərbələrinin təyin olunub-olunmaması;
• Oyundankənar (off-side) vəziyyətin müəyyən edilməsi barədə;
• Topun qapı xəttini keçib-keçməməsi barədə;
19.3 AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından bu qərar alındığı gündən 15 (on beş) gün ərzində AFFA Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verilə bilər. Apellyasiya Arbitraj Tribunalının qərarı yekun qərardır.
                                                                                        20.Mükafatlandırma
Final mərhələsi
20.1 Liqada ilk 3 yeri tutan komandaların oyunçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla və AFFA-nın diplomları ilə təltif olunur.
20.2 Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı oyunçusu seçilir və mükafatlandırılır.
                                                                                             21.Mətbuat
21.1 Oyundan sonra müraciət olunduqda hər hansı oyunçu, məşqçi və klub rəsmisindən mətbuat nümayəndələri müsahibə almaq hüququna malikdirlər.
                                                                             22.Stadion və iştirakçı komandaların təminatı
22.1 Mövsüm ərzində AFFA tərəfindən stadionlar aşağıdakı bəndlər üzrə təmin olunur:
• Top №5 (təsdiq edilmiş sayda);
• Qapı toru;
• Oyun gödəkçələri (jilet);
• İcarə haqqı;
22.2 Mövsüm ərzində AFFA tərəfindən müəyyən olunmuş komandaların nəqliyyat xərcləri (təsdiq edilmiş məbləğdə) təmin olunur.
                                                                                       23.Reklam lövhələri və aksiyaları (promotion)
23.1 Meydanda reklam lövhələrinin (1 ədəd) yerləşdirilməsi aşağıdakı sxemdə göstərildiyi kimi olmalıdır. 
 
 
 
Baş Sponsor 
Partnyorlar