az en
Xəbərlər
Azərbaycanda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 üçün media akkreditasiyasına start verilib 02.10.2026
2026-cı il 22–30 oktyabr tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi ilk FIFA U-15 Dünya Çempionatı və Festivalını (FIFA U-15 World Cup & Festival) işıqlandıracaq media nümayəndələri üçün akkreditasiya prosesi açıq elan edilib.
Akkreditasiya prosesi yeganə rəsmi mənbə olan akkreditasiya portalı vasitəsilə 2 oktyabr tarixindən etibarən fəaliyyət göstərir, son qeydiyyat tarixi isə 9 oktyabr, saat 23:00 (GMT+4) olaraq təyin edilib.
Bütün media nümayəndələri akkreditasiya üçün müraciətlərini yalnız bu qeydiyyat platforması vasitəsilə təqdim etməlidirlər.
Müraciət təsdiqləndikdən sonra media nümayəndəsinə FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün media akkreditasiyasının təsdiq edildiyini bildirən rəsmi məktub göndəriləcək. Media akkreditasiyası ilə bağlı sualları olan media nümayəndələri [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, idman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı dünyanın müxtəlif ölkələrindən FIFA-ya üzv assosiasiyaları təmsil edən gənc futbolçuları bir araya gətirəcək və bu əlamətdar turnir beynəlxalq gənclər futbolunda yeni mərhələnin başlanğıcı olacaq.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 innovativ 8x8 formatında keçiriləcək və oyunlar hər biri 20 dəqiqədən ibarət iki hissə üzrə oynanılacaq. Turnir çərçivəsində 1 000-ə yaxın qarşılaşmanın keçirilməsi nəzərdə tutulur. Oyunların böyük əksəriyyəti Hövsan Yarış Kompleksində, mərhələlərin ilk qarşılaşması və final qarşılaşmaları isə Bakı Kristal Zalında baş tutacaq.
FİFA
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək 25.06.2026
FIFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək. Qərara əsasən, turnir 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq. Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.
AFFA-nın baş katibi FIFA-nın sammitində 15.06.2026
Bu gün ABŞ-nin Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir. FIFA Dünya Çempionatı – 2026 çərçivəsində təşkil olunan tədbirdə AFFA-nı baş katib Cahangir Fərəcullayev təmsil edir. Tədbir zamanı gənc futbolçuların inkişafı və strategiyaya həsr olunmuş rəsmi sessiyalar keçirilib, eləcə də, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də 25.05.2026
AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.
Baş Sponsor