az en
News / Millimizin növbəti rəqibi müəyyənləşdi

Millimizin növbəti rəqibi müəyyənləşdi

FİFA Dərc olundu: 27.10.2026 Çap
Azərbaycan millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində növbəti oyununu keçirəcək.
Millimizin növbəti rəqibi müəyyənləşdi
Millimiz oktyabrın 28-də saat 11:30-da Hövsan Yarış Kompleksində Çili yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirin əsasnaməsinə əsasən, qalib komandalar 1/8 final mərhələsinə yüksələcəklər. Məğlub komandalar isə digər məğlub komandalarla qarşılaşacaqlar. Hər komanda 3-cü səbətdə ümumilikdə beş oyun keçirəcək. Bütün görüşlərini qələbə ilə başa vuran komanda bu səbətin qalibi olacaq və ümumi turnir sıralamasında 65-ci yeri tutacaq. Bütün oyunlarında məğlub olan komanda isə 3-cü səbətdə 32-ci, ümumi turnir sıralamasında isə 96-cı yerdə qərarlaşacaq.
 
Turnirin oyunlarının nəticələri və təqvimi ilə https://match.affa.az/fifa-u15  saytı vasitəsilə tanış olmaq mümkündür.
 
Baş Sponsor