az en
News / FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın əsas yarışlarının üçüncü günü maraqlı qarşılaşmalar və xüsusi anlarla yadda qalıb

FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın əsas yarışlarının üçüncü günü maraqlı qarşılaşmalar və xüsusi anlarla yadda qalıb

FİFA Dərc olundu: 26.10.2026 Çap
Oktyabrın 26-da Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmalarda Azərbaycan millisi əvvəlcə İsrail yığması ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb. Günün sonunda millimiz Haiti yığması ilə qarşılaşıb. Görüş Haiti millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın əsas yarışlarının üçüncü günü maraqlı qarşılaşmalar və xüsusi anlarla yadda qalıb
AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin gün ərzində keçirdiyi hər iki qarşılaşmanı izləyib. O, həmçinin milli komandanın üzvləri ilə görüşərək futbolçularla səmimi söhbət edib.
Gün ərzində FIFA prezidenti Canni İnfantino da Hövsan Yarış Kompleksini ziyarət edib. FIFA prezidenti müxtəlif qarşılaşmaları izləyib, yarış meydançalarında olub, futbolçular və turnirin təşkilində çalışan əməkdaşlarla söhbət edib.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 çərçivəsində qarşılaşmalar növbəti oyun günlərində də davam edəcək.
 
Baş Sponsor