az en
News / Famil Xəlilov: “Əsas hədəf qrupu ikinci pillədə başa vurmaqdır”

Famil Xəlilov: “Əsas hədəf qrupu ikinci pillədə başa vurmaqdır”

FİFA Dərc olundu: 26.10.2026 Çap
Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov İsrail yığmasına qarşı Hövsan Yarış Kompleksində keçirilən və 3:1 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bildirib:
Famil Xəlilov: “Əsas hədəf qrupu ikinci pillədə başa vurmaqdır”
“Futbolçuları təbrik edirəm. Onlar buna layiq idilər və qələbə qazandılar. Məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşaraq geridönüş etməyi bacardılar. Uşaqlar bu təzyiqin öhdəsindən gələ bildilər. Bizi sevindirən amillərdən biri də budur”.
Mütəxəssis qrupdakı vəziyyəti də dəyərləndirib:
“Avstraliya qrupu böyük ehtimalla lider kimi başa vuracaq. Bizim və Haiti yığmalarının 9 xalı var və ikincilik uğrunda mübarizə aparırıq. Növbəti oyunda heç-heçə və ya qələbə qazanmaq qrupu ikinci pillədə başa vurmağımıza imkan verəcək. Bütün diqqətimizi buna yönəltmişik”.
Qeyd edək ki, Azərbaycan millisi hazırda 9 xalla qrupda 3-cü yerdə qərarlaşıb. Yığmamız növbəti oyununu bu gün saat 18:15-də Hövsan Yarış Kompleksində Haiti millisinə qarşı keçirəcək.
Baş Sponsor