Azərbaycan milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.
Oktyabrın 25-də Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz Avstraliya yığmasına 1:3 hesabı ilə məğlub olub. Azərbaycan millisinin heyətində qolu Yusif Əlizadə vurub.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki oyununda Andorra yığmasını 1:0 hesabı ilə məğlub edib. Yığmamız turnirdə növbəti oyununu oktyabrın 26-da İsrail yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 11:30-da Hövsan Yarış Kompleksinində başlayacaq