Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda 2026/2027-ci illər mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Misli Premyer Liqasında, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
2026/2027-ci illər lisenziyalaşdırma mövsümü çərçivəsində “Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar”ın (Buraxılış 2025, Maddə 75 – F.03 “Maliyyə məlumatlarının dərc edilməsi”) tələblərinə uyğun olaraq, lisenziya iddiaçıları auditdən keçmiş illik maliyyə məlumatlarını rəsmi internet səhifələrində dərc etməlidirlər.
AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərindəki baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.