az en
News / Lisenziya Komissiyasının iclası keçirilib

Lisenziya Komissiyasının iclası keçirilib

Lisenziya Dərc olundu: 19.08.2026 Çap
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. 
İclasda 2026/2027-ci illər mövsümündə AFFA "Yüksək Qızlar Liqası”nda iştirak etmək üçün xüsusi dövr çərçivəsində müraciət etmiş “Goranboy" OİK-in sənədlərinə baxılıb. AFFA-nın Lisenziya Komissiyası “Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar”ın (Buraxılış 2025) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra sözügedən kluba AFFA "Yüksək Qızlar Liqası"nda iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib.
Lisenziya Komissiyasının iclası keçirilib
Baş Sponsor