az en
News / Klublara lisenziyalar təqdim olunub (fotolar)

Klublara lisenziyalar təqdim olunub (fotolar)

Lisenziya Dərc olundu: 11.06.2026 Çap
Bu gün 2026/2027-ci illər lisenziyalaşdırma mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, I və II Liqada, həmçinin AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib.
Klublara lisenziyalar təqdim olunub (fotolar)
AFFA-nın inzibati binasında təşkil olunan təltifetmə mərasimində mövsümün yekunları, statistik göstəricilər, Klubların Lisenziyalaşdırılması Sistemi üzrə elektron platforma və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.
Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın baş katibinin müavini Elçin Məmmədov tərəfindən müvafiq lisenziyalar və geridə qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.
 
Baş Sponsor