Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində üçüncü oyununa çıxacaq.
Millimiz Litva yığması ilə qarşılaşacaq. 8-ci km stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan - Litva oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və müdafiəçi Rüfət Abbasov fikirlərini bölüşüblər.