az en
News / Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib

Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib

A Milli Dərc olundu: 01.10.2026 Çap
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununu keçirib. Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn yığmasını qəbul edən millimiz qarşılaşmadan 0:0 hesablı heç-heçə ilə ayrılıb.
 
Azərbaycan - Lixtenşteyn – 0:0
 
Qeyd edək ki, milli komandamız qrupdakı növbəti oyununu oktyabrın 4-də Bakıda keçirəcək. Millimiz “8-ci km” stadionunda Litva yığması ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
Azərbaycan: 1 Emil Balayev, 19 Tellur Mütəllimov, 14 Elvin Bədəlov, 5 Anton Krivotsyuk, 7 Toral Bayramov, 6 Abdulla Xaybullayev, 8 Emin Mahmudov (k), 10 Mahir Emreli, 21 Rəhim Sadıxov, 17 Vüsal İsgəndərli, 9 Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12 Aydın Bayramov, 23 Rəvan Mirzəmmədov, 2 Edqar Adilxanov, 3 Rüfət Abbasov, 4 Oruc Məmmədov, 11 Ayxan Hüseynov, 13 Emil Səfərov, 15 Murad Xaçayev, 16 Rüfət Abdullazadə, 18 Cəlal Hüseynov, 20 Aleksey İsayev, 22 Anatoli Nuriyev.
Baş məşqçi: Ayxan Abbasov.
Lixtenşteyn: 1 Benjamin Büxel, 23 Yens Hofer, 3 Maksimilian Göppel, 4 Lars Traber, 5 Yonas Vayssenhofer, 20 Alessio Hasler, 10 Marsel Büxel, 18 Nikolas Hasler (k), 13 Kenni Kindl, 11 Lorenso Lo Russo, 8 Aron Zele.
Ehtiyat oyunçular: 12 Castin Ospelt, 21 Lorenso Lo Russo, 2 Bek Niklas, 6 Severin Şlegel, 7 Fabio Notaro, 9 Villi Pitsi, 14 Livio Mayer, 15 Andrin Netser, 16 Bruno Poytner, 17 Liam Krants, 19 Emanuel Zünd, 22 Florian Alqoyer.
Baş məşqçi: Konrad Fünfştük.
Baş Sponsor