az en
News / Rui Jorje: “Futbolçularımızın inkişaf etmələri məni sevindirir”

Rui Jorje: “Futbolçularımızın inkişaf etmələri məni sevindirir”

U-20 Dərc olundu: 20.11.2026 Çap
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje Tofiq Bəhramov adına Respublika Stadionunda İraqın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirilən ikinci yoldaşlıq oyunundan (2:1) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Hər iki komanda ilk matçla müqayisədə daha yaxşı çıxış etdi.Stadionda çox gözəl oyun keçdi. Meydanda rəqabət, intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkar çalışırıqsa, eyni qaydada da davam edirik. Sərəncamımızda olan futbolçuların inkişaf etmələri məni sevindirir. Məşqlərin hər bir saniyəsindən düzgün yararlanmağa çalışırlar və öz üzərlərində işləyirlər. Futbolçuların potensialına bələdəm, bundan da yaxşısını bacararlar. Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.
Rui Jorje: “Futbolçularımızın inkişaf etmələri məni sevindirir”
Baş Sponsor