az en
News / Bu gün saat 16:00. Azərbaycan (U-20) – İraq (U-20)

Bu gün saat 16:00. Azərbaycan (U-20) – İraq (U-20)

U-20 Dərc olundu: 20.11.2026 Çap
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək.
U-20 millimiz yenə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq. Qarşılaşma “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bu gün saat 16:00. Azərbaycan (U-20) – İraq (U-20)
Baş Sponsor