az en
News / U-20 millimiz İraq yığması ilə heç-heçə edib

U-20 millimiz İraq yığması ilə heç-heçə edib

U-20 Dərc olundu: 17.11.2026 Çap
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
U-20 İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da təşkil olunan görüş 0:0 hesablı heç-heçə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu noyabrın 20-də saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
U-20 millimiz İraq yığması ilə heç-heçə edib
Azərbaycan (U-20) – İraq (U-20) - 0:0
 
Azərbaycan: 1. Həbib Hüşənov, 4. Uğur Qurbanlı (15. Rəvan Feyziyev, 64), 14. Murad Qurbanov (5. Rəşad Alışov, 64), 3. Həzrət Səmədov (13. Vüsal Paşayev, 64), 24. Əhməd Tarverdiyev (2. Nadir Orucov, 64), 10. Anar Hüseynov (20. İslam Həsənov, 64), 18. Raul Süleymanov (16. İbrahim Babayev, 64), 8. Hikmət Cəbrayılzadə (17. Eltun Babazadə, 64), 23. Əli Bəşirov (21. Ziya Şəkərxanov, 64), 11. Şahin İbrahimov (7. Nihad Orucəli, 64), 9. Şahnur İsmayılov (19. Nicat Nərimanov, 64)
Ehtiyat oyunçular: 12. Aftandil Arıxov, 22. Rüstəm Yarəhmədov, 6. Pünhan Qasımzadə
 
Baş məşqçi: Rui Jorje
 
İraq: 12. Sayyad Mohammed, 4. Mohammed Başir, 20. Mohammed Rahman, 19. Karrar Kazım Sfayyih, 2. Sayyad Hussein Casim, 8. Ali Alakbar Amir Ali, 15. Ali Xalid (16. Ali Alriza Haydar, 90+1), 6. Rıza Başar Cabbar (5. Muhammed Ali, 90+1), 11. Abbas Qatea Raca (9. Mohammed Haydar, 74), 17. Murtaza Moxles (18. Yusif Casim, 79), 21. Moamel Malik Sabah (13. Ovs Qazi Hasan, 74)
Ehtiyat oyunçular: 1. Hussein Adnan Raif, 22. Hussein Mohammed, 14. Ali İdris, 3. Abdulrazzaq Ali Ab, 7. Alamer Haydar, 23. Mohammed Haydar X., 24. Xalid Abdulrahman, 10. Haydar Xaldun
 
Baş məşqçi: Ahmed Salih
Baş Sponsor