Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirib. Enkam şəhərində yerləşən “Estadi de la FAF” stadionunda baş tutan qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Eşqin Əhmədov 2-ci, Musa Qurbanlı 47-ci, Toral Bayramov isə 70-ci dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, bu matç Azərbaycan millisinin cari ildə keçirdiyi son oyun olub.