Azərbaycan milli komandası bu gün səfərdə Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Enkam şəhərində yerləşən “Estadi de la FAF” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
16 noyabr
22:00. Andorra – Azərbaycan
Baş hakim: Xose Luis Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Diyeqo Barbero, Dieqo Sançez (İspaniya)
Dördüncü hakim: Pedru Qonsalveş (Andorra)