az en
News / Akkreditasiya üçün qeydiyyat

Akkreditasiya üçün qeydiyyat

AFFA Dərc olundu: 27.10.2026 Çap
Futzal üzrə 2028-ci il Dünya Çempionatının seçmə mərhələsində noyabrın 5-də saat 16:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək Azərbaycan – Çexiya və noyabrın 8-də saat 20:00-da Bakı İdman Sarayında təşkil olunacaq Azərbaycan – Latviya oyunları üçün jurnalistlərin qeydiyyatı başlayıb. Qeyd edək ki, Azərbaycan – Çexiya qarşılaşması futzal üzrə Bakıdan kənarda keçiriləcək ilk beynəlxalq rəsmi oyun olacaq.
Akkreditasiya üçün qeydiyyat
Qeydiyyatdan keçmək üçün tələb olunanlar: 
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Təmsil etdiyi KİV;
3. Vəzifəsi;

Yuxarıda qeyd olunanlar 3 noyabr 2026-cı il saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir.
 
Xahiş olunur, elektron məktub göndərərkən mövzu bölməsində (“Subject”) “Futzal” qeyd edəsiniz.
Müraciət edənlər qeydiyyat üçün tələb olunanları təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Baş Sponsor