az en
News / FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları match.affa.az saytında

FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları match.affa.az saytında

AFFA Dərc olundu: 26.10.2026 Çap
Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı çərçivəsində keçirilən oyunlar barədə məlumatlar artıq http://match.affa.az saytında əlçatandır.
FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları match.affa.az saytında
Yeni səhifə vasitəsilə futbol azarkeşləri turnirin oyun təqvimi, qarşılaşmaların keçiriləcəyi məkanlar, oyunların nəticələri və turnir cədvəli ilə tanış ola bilərlər. Səhifədə, həmçinin Azərbaycan millisinin oyunları ilə bağlı məlumatlar təqdim olunur.
 
Qeyd edək ki, bu yaxınlarda ictimaiyyətə təqdim olunan match.affa.az saytında AFFA Gənclər Liqası, U-17, U-16, U-15 və digər aşağı yaş qrupları üzrə liqaların oyun təqvimi və nəticələri, turnir cədvəlləri, futbolçuların statistik göstəriciləri, komandaların heyətləri və matçlar zamanı baş verən əsas hadisələr əks olunur.
 
FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı məlumatlarla https://match.affa.az/fifa-u15 saytında tanış ola bilərsiniz.
 
Baş Sponsor