az en
News / Azərbaycan millisi İsrail yığması üzərində 3:1 hesabı ilə qələbə qazanıb

Azərbaycan millisi İsrail yığması üzərində 3:1 hesabı ilə qələbə qazanıb

FİFA Dərc olundu: 26.10.2026 Çap
Azərbaycan milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.
Azərbaycan millisi İsrail yığması üzərində 3:1 hesabı ilə qələbə qazanıb
Oktyabrın 26-da Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz İsrail yığmasını 3:1 hesabı ilə məğlub edib. Azərbaycan millisinin heyətində Yusif Əlizadə dubl edib, Qafar Babayev isə bir qola imza atıb.
Oyunu AFFA-nın prezidenti Rövşən Nəcəf və qurumun digər rəhbər şəxsləri də izləyiblər. Qarşılaşmadan sonra AFFA rəhbərliyi komanda üzvlərini qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti oyununu oktyabrın 26-da saat 18:15-də Hövsan Yarış Kompleksində Haiti yığmasına qarşı keçirəcək.
 
Turnirin oyunlarının nəticələri və təqvimi ilə https://match.affa.az/fifa-u15 saytı vasitəsilə tanış olmaq mümkündür.
 
Baş Sponsor