az en
News / AFFA və BFF-nin birgə təşkilatçılığı ilə "D" kateqoriyalı məşqçi kursu keçirilir

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə "D" kateqoriyalı məşqçi kursu keçirilir

AFFA Dərc olundu: 20.10.2026 Çap
AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə "D" kateqoriyalı məşqçi kursunun növbəti təlimlərinə oktyabrın 20-də start verilib.
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə "D" kateqoriyalı məşqçi kursu keçirilir
Kursun açılış mərasimində AFFA-nın Futbol Layihələri şöbəsinin rəhbəri Fərid Nağdəliyev "D" kateqoriyalı məşqçi kurslarının mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. BFF-nin prezidenti Tahir Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. AFFA-nın təlimçisi İlham Əzizzadə kursun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara təşəkkür edib və yaradılan şəraitin tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.
AFFA tərəfindən qəbul edilmiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq, Bayıl stadionunda yerləşən Futbol İnkişaf Mərkəzində təşkil olunan üçgünlük kursa 25 nəfər cəlb edilib.
Təlim AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.
Kursun əsas məqsədi iştirakçıların futbol məşqçiliyi sahəsində nəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək və gələcək məşqçilik fəaliyyətlərinə hazırlanmalarına dəstək olmaqdır.
Kursun sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
 
Baş Sponsor