az en
News / “D” kateqoriyalı məşqçi kurslarına qeydiyyat başlayır

“D” kateqoriyalı məşqçi kurslarına qeydiyyat başlayır

AFFA Dərc olundu: 28.10.2026 Çap
AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “D” kateqoriyalı məşqçi kursları keçiriləcək.
“D” kateqoriyalı məşqçi kurslarına qeydiyyat başlayır
Üç gün davam edəcək kurslar Bayıl stadionunda təşkil olunacaq. Təlimlər AFFA-nın məşqçi kurslarının təlimatçıları tərəfindən nəzəri və praktiki hissələr üzrə aparılacaq.
Kursda iştirak ödənişsizdir. İştirak etmək istəyən 16 yaşına çatmış şəxslər noyabrın 4-dək aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçərək anketi doldura bilərlər. Kurslarda iştirak hüququ qazanan şəxslərlə noyabrın 6-dan etibarən əlaqə saxlanılacaq.
Qeyd edək ki, kursların iki qrup üzrə təşkili nəzərdə tutulub. Hər qrupa 25 nəfər seçiləcək.
I qrup: 10–12 oktyabr 2026-cı il
II qrup: 24–26 oktyabr 2026-cı il
Qeydiyyat üçün : https://forms.gle/urovxVW7iEMLDMD46
Baş Sponsor