az en
News / Azərbaycan millisi Litva yığmasına qalib gəldi

Azərbaycan millisi Litva yığmasına qalib gəldi

A Milli Dərc olundu: 04.10.2026 Çap
Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. D Liqasının 2-ci qrupunda yer alan millimiz 8-ci km stadionunda Litva yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Abdulla Xaybullayev vurub.
Bu qələbədən sonra xallarının sayını 5-ə çatdıran Azərbaycan millisi qrupda liderliyə yüksəlib. Litva yığmasının 4, Lixtenşteyn komandasının isə 1 xalı var. Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu noyabrın 13-də səfərdə Lixtenşteyn yığmasına qarşı keçirəcək.
Azərbaycan millisi Litva yığmasına qalib gəldi
Azərbaycan - Litva 1:0

Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmırov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Anatoli Nuriyev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
 
Baş məşqçi: Ayxan Abbasov
 
Litva: 12. Tomas Şvedkauskas, 3. Edqaras Utkus, 6. Modestas Vorobyovas, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 18. Vilius Armalas, 20. Rokas Lekiatas, 21. Adrian Likunas.
Ehtiyat oyunçular: 1. Lukas Paukşt, 23. Djuqas Bartkus, 2. Artemius Tutışkinas, 4. Faustas Steponaviçus, 5. Kipras Kazukolovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Elius Yankauşkas, 16. Lukas Mixelbrink, 17. Deividas Maljinskas, 19. Iqnas Venckus, 22. Motveus Burba.

Baş məşqçi: Edqaras Yankauskas.
Baş Sponsor