“Sabah” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi bu gün liqa mərhələsinin V turu çərçivəsində Bakıda İspaniyanın “Barselona” kollektivini qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi görüş “İctimai TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
25 noyabr
“Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya)
Bakı Olimpiya Stadionu. Saat 21:45
Baş hakim: Nikolas Uolş
Baş hakimin köməkçiləri: Frensis Konnor, Deniel Marfarleyn
Dördüncü hakim: Donald Robertson
VAR: Endryu Dallas
AVAR: Stiven Maklin