az en
News / Təmsilçimiz “Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Təmsilçimiz “Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Çempionlar Liqası Dərc olundu: 04.11.2026 Çap
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” liqa mərhələsinin IV turu çərçivəsində növbəti oyununu keçirəcək. Komanda Stavanger şəhərində Norveçin “Vikinq” kollektivinin qonağı olacaq.
Təmsilçimiz “Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək
“Vikinq Stadion”da keçiriləcək qarşılaşma noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Niderlandlı hakimlər briqadasının idarə edəcəyi görüş “İctimai TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
 
5 noyabr
 
“Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)
“Vikinq Stadion”. Saat 00:00
 
Baş hakim: Sander van der Eyk
Baş hakimin köməkçiləri: Rens Bluemink, Stefan De Qrot
Dördüncü hakim: Joey Koy
VAR: Yeroen Manşot
AVAR: Jerom Brizar
Baş Sponsor