Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün liqa mərhələsinin III turu çərçivəsində meydana çıxacaq. Komanda Bakıda Almaniyanın “Borussiya Dortmund” kollektivini qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. İspaniyadan olan hakimlər briqadasının idarə edəcəyi görüş “İctimai TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
20 oktyabr
“Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya)
Bakı Olimpiya Stadionu. Saat 20:45
Baş hakim: Xavyer Alberola Roxas
Baş hakimin köməkçiləri: Alfredo Rodriges Moreno, Karlos Alvares Fernandes
Dördüncü hakim: Viktor Qarsiya Verdura
VAR: Sesar Soto Qrado
AVAR: Valentin Qomes