Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün liqa mərhələsinin II turu çərçivəsində meydana çıxacaq. Komanda Bakıda Çexiyanın “Slaviya” kollektivini qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Avstriyadan olan hakimlər briqadasının idarə edəcəyi görüş “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
13 oktyabr
“Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya)
Bakı Olimpiya Stadionu. Saat 20:45
Baş hakim: Sebastyan Qishamer
Baş hakimin köməkçiləri: Roland Ridel, Santino Şreyner
Dördüncü hakim: Valter Altman
VAR: Alan Kiyas
AVAR: Yozef Spurni