Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov evdə Lixtenşteynlə oyundan sonra fikirlərini bölüşüb:
“Əlbəttə, qələbə qazanmaq istəyirdik. Təəssüf ki, bunu edə bilmədik. Vəziyyətimizi daha da çətinləşdirdik, amma çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Qol imkanlarımız oldu, amma onlardan istifadə edə bilmədik. Oyunun əvvəlində real qol epizodunu dəyərləndirə bilmədik. Tempi istədiyimiz kimi qaldıra bilmədik. Bu gün günahkar axtarmayacağıq. Bütün məsuliyyət məndədir. Son iki oyunda mübarizə aparıb qələbə qazanmaq lazımdır. Futbolçularımız çalışdı. Çıxış yolumuz konsentrasiyalı oynamaq və Litva ilə oyunda qələbə qazanmaqdır”.