Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununa çıxacaq.
Millimiz Lixtenşteyn yığması ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
1 oktyabr
20:00. Azərbaycan – Lixtenşteyn
Baş hakim: Kristian-Petru Çioxirka
Baş hakimin köməkçiləri: Maksimilian Vays, Mixael Obritsberger
Dördüncü hakim: Şafak Barmaksız
VAR: Manuel Şüttenqruber
AVAR: Aleksander Harkam