az en
News / Ayxan Abbasov: “İlk pillədə olmaq istəyiriksə, mütləq qalib gəlməliyik”

Ayxan Abbasov: “İlk pillədə olmaq istəyiriksə, mütləq qalib gəlməliyik”

A Milli Dərc olundu: 30.09.2026 Çap
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 1-i Tofiq Bəhramov adına Respublika Stadionunda  keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və  kapitan Emin Mahmudov fikirlərini bölüşüblər.
Ayxan Abbasov: “İlk pillədə olmaq istəyiriksə, mütləq qalib gəlməliyik”
Ayxan Abbasov: “Millətlər Liqasında ikinci oyunumuzu evdə keçirəcəyik. Turnir cədvəlində ilk pillədə olmaq istəyiriksə, mütləq qalib gəlməliyik. Rəqibimizi yaxından tanıyırıq. Son oyunlarını izləmişik. İstəkli komandadır. Yaxşı mübarizə aparırlar. Müdafiədə kompakt oynayırlar. İlk növbədə onların müdafiəsini yarmağı bacarmalıyıq. Qalib gəlmək istəyi ilə tələskənliyə yol versək, hər şeyi düzgün analiz etmədən və oyunumuzu doğru qurmadan meydana çıxsaq, çətinliklərlə üzləşə bilərik. Azarkeşlərimizin önündə həm yaxşı oyun göstərmək, həm də qələbə qazanmaq istəyirik”.
 
Emin Mahmudov: “Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazanmalıyıq. Bu çox vacibdir”.
Baş Sponsor