Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində üçüncü oyununu oktyabrın 4-də 8-ci km stadionunda Litva yığmasına qarşı keçirəcək. Qarşılaşma öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtlarını diqqətinizə çatdırırıq:
3 oktyabr
Litva milli komandası
16:30. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
10:45. Mətbuat konfransı
11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Mətbuat konfransları və açıq məşqlər 8-ci km stadionunda keçiriləcək.