az en
News / Ayxan Abbasov: "Çətinliklər var, amma təslim olmamalıyıq”

Ayxan Abbasov: "Çətinliklər var, amma təslim olmamalıyıq”

A Milli Dərc olundu: 03.10.2026 Çap
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 4-də 8-ci km stadionunda  keçiriləcək Azərbaycan - Litva oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və müdafiəçi Rüfət Abbasov fikirlərini bölüşüblər.
Ayxan Abbasov: "Çətinliklər var, amma təslim olmamalıyıq”
Ayxan Abbasov: “İki komanda da bir-birini yaxşı tanıyır. Əzmkar rəqibə qarşı oynayacağıq. Qısa müddətdə artıq dördüncü oyunumuz olacaq. Təəssüf ki, Lixtenşteynlə matçda qələbə qazana bilmədik. Sabah daha yaxşı oynamağa məcburuq. Futbolçularıma inanıram. Son matçı unudub, Litvaya qarşı əzmkar oynamalıyıq”.
 
Rüfət Abbasov: “Bizi çətin oyun gözləyir. Yalnız qələbə haqqında düşünürük. Komanda olaraq oyuna yaxşı hazırlaşmışıq. Sabah mütləq qələbə qazanmalıyıq”.
Baş Sponsor