az en
News / AFFA-nın məlumatı

AFFA-nın məlumatı

Lisenziya Dərc olundu: 04.05.2026 Çap
2026/2027-ci illər lisenziyalaşdırma mövsümü çərçivəsində “Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar”ın (Buraxılış 2025, Maddə 75 – F.03 “Maliyyə məlumatlarının dərc edilməsi”) tələblərinə uyğun olaraq, lisenziya iddiaçıları auditdən keçmiş illik maliyyə məlumatlarını rəsmi internet səhifələrində dərc etməlidirlər.
AFFA-nın məlumatı
“İmişli” PFK tərəfindən təqdim olunmuş məlumata əsasən, texniki yenilənmə işləri ilə əlaqədar olaraq hazırda klubun rəsmi internet səhifəsində müvafiq məlumatların yerləşdirilməsi mümkün deyil. Bildirilir ki, texniki işlər tamamlandıqdan sonra maliyyə məlumatları klubun rəsmi saytında dərc ediləcəkdir.
Bu səbəbdən “İmişli” PFK-nın auditdən keçmiş illik maliyyə hesabatları müvəqqəti olaraq AFFA-nın rəsmi internet səhifəsində yerləşdirilir.
 
Baş Sponsor