az en
News / “Sabah həm yaxşı oynayıb, həm də qalib gəlmək istəyirik”

“Sabah həm yaxşı oynayıb, həm də qalib gəlmək istəyirik”

Milli komandalar Dərc olundu: 22.09.2026 Çap
Yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Tacikistan oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov və komandamızın müdafiəçisi Rəhman Daşdəmirovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Sabah həm yaxşı oynayıb, həm də qalib gəlmək istəyirik”
Ayxan Abbasov: “Bizi qarşıdan 4 oyun gözləyir. Millətlər Liqasından öncə Tacikistanla yoldaşlıq görüşü keçirəcəyik. Milli səviyyəsində ilk dəfədir ki, belə qısa müddətdə ardıcıl 4 oyun oynayırıq. Ona görə də heyəti geniş çağırmışıq. Rəqibimiz 2026-cı ildə hələ məğlub olmayıb. Bəzi futbolçularımız komandaya gec qoşulub. 4-5 futbolçumuz ilk məşqinə çıxacaq. Anton Krivotsyuk və Cəlal Hüseynov demək olar ki, məşqlərdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Təkcə bu oyuna yox, qarşıdakı 4 görüşə hazırlaşırıq. Rotasiyalı heyətlər olacaq. Yeni gələn futbolçuların da milli komandanı hiss etməsini istəyirik. Sabah həm yaxşı oynayıb, həm də azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik”.
 
Rəhman Daşdəmirov:“Sabah Millətlər Liqası öncəsi son yoldaşlıq görüşümüzdür. Rəqibi analiz etmişik. Yaxşı komandadır. Nə istədiyini bilən komandadır. Biz özümüzə inanırıq. Ayxan müəllimin tapşırıqları var. Qələbə qazanmaq və xalqımızı sevindirmək istəyirik”.
 
Baş Sponsor