az en
News / Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri müəyyənləşib

Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri müəyyənləşib

Milli komandalar Dərc olundu: 24.08.2026 Çap
AFFA-nın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri müəyyənləşib.
Namizədlərin təyinatı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.
Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri müəyyənləşib
Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçiləri təyin olunublar:
U-15 - Aleksandr Qross
U-16 - Famil Xəlilov
U-17 - Emin Mustafayev
U-18 - Mahmud Qurbanov
U-19 - Elgiz Kərəmli
 
Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.
Baş Sponsor