az en
News / Klubların maliyyə menecerləri üçün seminar (fotolar)

Klubların maliyyə menecerləri üçün seminar (fotolar)

Seminar Dərc olundu: 17.04.2026 Çap
AFFA-nın inzibati binasında Lisenziya və Qeydiyyat Departamentinin maliyyə mütəxəssisləri tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib. Tədbir UEFA-nın IT Solution proqramına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub.
Klubların maliyyə menecerləri üçün seminar (fotolar)
Seminarda IT Solution proqramında baş vermiş yeniliklər müzakirə edilib,  maliyyə menecerlərinə nəzəri və praktiki təlimlər keçirilib.
Sonda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları proqrama daxil ediblər. Eyni zamanda, seminar iştirakçılarının sualları AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən cavablandırılıb və onlara ətraflı praktiki izahlar təqdim edilib.
 
Baş Sponsor