az en
News / Azərbaycan millisi Cəbəllütariq üzərində inamlı qələbə qazandı

Azərbaycan millisi Cəbəllütariq üzərində inamlı qələbə qazandı

FİFA Dərc olundu: 28.10.2026 Çap
Azərbaycan milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.
Azərbaycan millisi Cəbəllütariq üzərində inamlı qələbə qazandı
Oktyabrın 28-də Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz Cəbəllütariq yığmasını 5:1 hesabı ilə məğlub edib. Azərbaycan millisinin heyətində Murad Məmmədzadə dubla imza atıb, Qafar Babayev, Müşfiq Zamanov və Yusif Əlizadə isə hərəyə bir qol vurublar.
Oyunu AFFA-nın prezidenti Rövşən Nəcəf və qurumun digər rəhbər şəxsləri də izləyiblər. Qarşılaşmadan sonra AFFA rəhbərliyi komanda üzvlərini qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə növbəti oyununu oktyabrın 29-da saat 11:30-da Hövsan Yarış Kompleksində Mozambik yığmasına qarşı keçirəcək.
Turnirin oyunlarının nəticələri və təqvimi ilə https://match.affa.az/fifa-u15 saytı vasitəsilə tanış olmaq mümkündür.
 
Baş Sponsor