Oktyabrın 30-da Bakı Kristal Zalında FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın bağlanış mərasimi çərçivəsində möhtəşəm bədii proqram təqdim olunub.
Proqram futbolun enerjisini Azərbaycanın zəngin mədəni irsi ilə bir araya gətirən xüsusi səhnə quruluşu üzərində hazırlanıb. Bədii hissədə Azərbaycan təsviri sənətindən, milli musiqi və rəqs ənənələrindən ilhamlanan kompozisiyalar müasir xoreoqrafiya, işıq və vizual effektlərin müşayiəti ilə təqdim edilib.
Proqramda nağaraçıların və milli rəqs ifaçılarının çıxışları yer alıb.
Bağlanış mərasiminin bədii hissəsi xüsusi işıq və vizual effektlərlə tamamlanıb, FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın loqosunun arenada nümayiş etdirilməsi ilə yekunlaşıb.
Bağlanış mərasimindən sonra Bakı Kristal Zalında turnirin A səviyyəsi üzrə final qarşılaşması Çexiya və İspaniya yığmaları arasında davam edir.