az en
News / FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-da növbəti oyun günü başa çatıb

FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-da növbəti oyun günü başa çatıb

FİFA Dərc olundu: 29.10.2026 Çap
Oktyabrın 29-da Hövsan Yarış Kompleksində FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 çərçivəsində növbəti oyun günü keçirilib.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-da növbəti oyun günü başa çatıb
Azərbaycan millisi gün ərzində iki qarşılaşmaya çıxıb. Yığmamız ilk olaraq Mozambik komandası ilə üz-üzə gəlib və 4:1 hesablı inamlı qələbə qazanıb. Axşam saatlarında isə millimiz Vyetnam yığması ilə qarşılaşıb. Görüş 4:2 hesabı ilə Vyetnam millisinin xeyrinə başa çatıb.
Azərbaycan-Mozambik qarşılaşmasını AFFA prezidenti Rövşən Nəcəf də izləyib. Yeniyetmə futbolçularımız meydanda əzmkar oyun və yüksək komanda ruhu nümayiş etdirərək turnirdə növbəti qələbələrini qazanıblar.
Gün ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 192 qarşılaşma keçirilib. Dünyanın müxtəlif ölkələrini təmsil edən yeniyetmə komandalar səhər saatlarından etibarən meydançalarda bir-birini əvəz edib, kompleksdə gün boyu futbol həyəcanı ilə yaşayıb.
Turnir yekununa yaxınlaşdıqca meydançalardakı mübarizə daha böyük həyəcan və emosiyalarla müşayiət olunur. Hər qarşılaşma gənc futbolçular üçün öz bacarıqlarını nümayiş etdirmək, komanda ruhunu yaşamaq və böyük futbola gedən yolda mühüm təcrübə qazanmaq imkanı yaradır. Meydançaların kənarında isə ailə üzvlərinin, komanda yoldaşlarının və azarkeşlərin dəstəyi turnirin özünəməxsus atmosferinin ayrılmaz hissəsinə çevrilir.
Oktyabrın 30-da Hövsan Yarış Kompleksində 90 qarşılaşmanın keçirilməsi nəzərdə tutulur. Günün davamında futbol həyəcanı Bakı Kristal Zalında davam edəcək. Burada 6 final görüşü keçiriləcək, qaliblər mükafatlandırılacaq və FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 təntənəli bağlanış mərasimi ilə yekunlaşacaq.
 
Baş Sponsor