az en
News / Azərbaycan yığması Vyetnam millisi ilə üz-üzə gəldi

Azərbaycan yığması Vyetnam millisi ilə üz-üzə gəldi

FİFA Dərc olundu: 29.10.2026 Çap
Oktyabrın 29-da Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz Vyetnam yığmasına 2:4 hesabı ilə məğlub olub. Azərbaycan millisinin heyətində Murad Məmmədzadə və Yusif Əlizadə fərqləniblər. 
Azərbaycan yığması Vyetnam millisi ilə üz-üzə gəldi
Qeyd edək ki, Azərbaycan millisi turnirdə C səbətində 19-cu yer, ümumi reytinqdə isə 83-cü yer uğrunda mübarizə aparacaq. Komandamız son oyununu 30 oktyabr saat 11:30-da Hövsan Yarış Kompleksində Əfqanıstan yığmasına qarşı keçirəcək.
Turnirin oyunlarının nəticələri və təqvimi ilə match.affa.az/fifa-u15 saytı vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, dünyanın 189 ölkəsindən komandaların qatıldığı turnir oktyabrın 30-da yekunlaşacaq. Yarışın final qarşılaşmaları Bakı Kristal Zalında baş tutacaq.
 
Baş Sponsor