az en
News / Regionlarda çalışan məşqçilər D kateqoriyalı kurslarda iştirak edirlər

Regionlarda çalışan məşqçilər D kateqoriyalı kurslarda iştirak edirlər

AFFA Dərc olundu: 24.11.2026 Çap
AFFA-nın dəstəyi ilə Bakı Futbol Federasiyası (BFF) tərəfindən təşkil olunan 5-ci D kateqoriyalı məşqçi kursuna start verilib.
Kursda paytaxtla yanaşı, Qarabağ, Mərkəz, Cənub, Şimal və Şimal-Qərb Regional Futbol Federasiyalarını təmsil edən 18 məşqçi iştirak edir.
Tədris prosesi AFFA-nın Məşqçilərin maarifləndirilməsi şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti altında təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.
Üç gün davam edəcək kurs çərçivəsində iştirakçılara məşqçilik fəaliyyətinin əsasları üzrə nəzəri və praktiki biliklər veriləcək. Tədris proqramını uğurla başa vuran iştirakçılara kursun sonunda AFFA-nın D kateqoriyalı məşqçi lisenziyaları təqdim olunacaq.
Regionlarda çalışan məşqçilər D kateqoriyalı kurslarda iştirak edirlər
Baş Sponsor