Oktyabrın 29-da Hövsan Yarış Kompleksində baş tutan qarşılaşmada millimiz Mozambik yığmasını 4:1 hesabı ilə məğlub edib. Azərbaycan millisinin heyətində Həsən Məhmədov, Qafar Babayev və Yusif Əlizadə fərqləniblər. Görüşdə daha bir qol avtoqol nəticəsində qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə C səbətində 17-20-ci yerlər, ümumi reytinqdə isə 81-84-cü yerlər uğrunda mübarizə aparır. Komandamız növbəti oyununu bu gün saat 19:30-da Hövsan Yarış Kompleksində Vyetnam yığmasına qarşı keçirəcək.