az en
News / Regionlarda çalışan məşqçilərə D kateqoriyalı lisenziyalar təqdim olunub

Regionlarda çalışan məşqçilərə D kateqoriyalı lisenziyalar təqdim olunub

AFFA Dərc olundu: 27.11.2026 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçirilən D kateqoriyalı məşqçi kursu bu gün başa çatıb.
Regionlarda çalışan məşqçilərə D kateqoriyalı lisenziyalar təqdim olunub
Noyabrın 24-də start götürən və üç gün davam edən kurs çərçivəsində iştirakçılara məşqçilik fəaliyyətinin əsasları, məşq prosesinin planlaşdırılması və müasir futbol metodikası üzrə nəzəri və praktiki biliklər verilib.
Təlimlər AFFA-nın Məşqçilərin maarifləndirilməsi şöbəsinin rəhbəri Aslan Kərimovun nəzarəti altında təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılıb.
Kursu uğurla başa vuran AFFA Region Liqasında təmsil olunan komandaların 26 məşqçisinə D kateqoriyalı məşqçi lisenziyaları təqdim edilib.
Baş Sponsor