az en
News / Azərbaycan yığması Əfqanıstan millisi ilə qarşılaşıb

Azərbaycan yığması Əfqanıstan millisi ilə qarşılaşıb

FİFA Dərc olundu: 30.10.2026 Çap
Oktyabrın 30-da Hövsan Yarış Kompleksində keçirilən qarşılaşmada Azərbaycan millisi Əfqanıstan yığmasına penaltilər seriyasında 2:3 hesabı ilə məğlub olub. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Millimizin heyətində Həsən Məhmədov və Qafar Babayev fərqləniblər. Bir qol isə avtoqol nəticəsində qeydə alınıb.
Azərbaycan yığması Əfqanıstan millisi ilə qarşılaşıb
Qeyd edək ki, turnirdə son oyununu keçirən Azərbaycan millisi C səbətində 20-ci, ümumi reytinqdə isə 84-cü yeri tutub. Komandamız turnir ərzində ümumilikdə 10 oyun keçirib və bu qarşılaşmaların 5-də qələbə qazanıb. Millimiz turnir boyunca rəqib qapılarına 26 qol vurub.
Turnirin oyunlarının nəticələri və təqvimi ilə match.affa.az/fifa-u15 saytı vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, 189 ölkədən komandaların qatıldığı turnir bu gün başa çatır. Yarışın final qarşılaşmaları Bakı Kristal Zalında keçiriləcək.
Baş Sponsor